“Are Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılıb.

Məlum olub ki, MMC-nin direktoru Aygün Atabəy qızı Axundovanın rəhbərliyi ilə Xocalı rayonunun Daşbuluq kəndində tikinti işləri aparılıb.

Araşdırmalar nəticəsində üzə çıxıb ki, MMC-nin tərkibində işəyən ustalar həmin ərazidə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəhlə işlərinin yerinə yetirilməsinə cəlb ediliblər.

Xocalı rayon prokurorunun təqdimatı ilə “Are Group” MMC və həmin qurumun direktoru Aygün Axundovanın barəsində İnzibati Xətalar Məcəlləsinin n 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə ilə “Are Group” MMC 20 min manat, Aygün Axundova isə 3 min manat cərimə olunub.