“Əla mübarizə apardıq. İnanırdıq ki, növbəti mərhələyə vəsiqə qazanacağıq”.

Bunu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev deyib.

Azərbaycan futbolunun inkişaf etdiyini bildirən özbəkistanlı yarımmüdafiəçi azarkeşlərə də təşəkkür edib:

“Uşaqlarla fəxr edirəm. Liqa mərhələsində gələcək rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq”.

Raxmonaliyev həmçinin Çempionlar Liqasının liqa mərhələsində “Real Madrid”lə qarşılaşmaq arzusunu dilə gətirib:“Bernabeuda “Real Madrid”lə oynamaq yaxşı olardı”.

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin liqa mərhələsinə vəsiqə qazanıb.

"AzPolitika.info"