Azərbaycan futbolunun son illərdəki uğurlu klublarından olan “Sabah” UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə mübarizəsini davam etdirəcək. Bakı təmsilçisinin turnirin liqa mərhələsində qarşılaşacağı potensial rəqiblər müəyyənləşib.
Yeni format üzrə turnirdə 36 komanda iştirak edir və hər klub 8 fərqli rəqiblə üz-üzə gələcək. Komandalar 4 oyunu doğma meydanda, 4 qarşılaşmanı isə səfərdə keçirəcək.
“Sabah” püşkatmaya 4-cü səbətdən qatılır. Birinci səbətdə "PSJ", “Bayern Münhen”, “Real Madrid”, “Liverpul”, “İnter”, “Mançester Siti”, “Arsenal”, “Barselona” və “Atletiko Madrid” kimi nəhənglər yer alıb.
İkinci səbətdə isə Dortmund “Borussiya”sı, “Roma”, “Sportinq”, “Aston Villa”, “Porto”, “Mançester Yunayted”, “Brügge”, “Real Betis” və PSV kimi komandalar qərarlaşıb.
Üçüncü səbətdə “Feyenoord”, “Lill”, “Napoli”, “Leypsiq”, “Vilyarreal”, “Şaxtyor”, “Fənərbağça” və “Qalatasaray” kimi klublar yer alıb.
“Sabah”ın da daxil olduğu 4-cü səbətdə isə “Slaviya” (Praqa), “Slovan” (Bratislava), “Ştutqart”, AEK, LASK, “Komo”, “Lans” və “Viking” kimi komandalar olub.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
"AzPolitika.info"


Şərhlər