Son vaxtlar paytaxtın bir çox ərazisində asfaltlama işləri çoxalıb. İlk baxışdan bu, adi və hətta müsbət xəbər kimi səslənir.
Amma məsələnin qəribə tərəfi ondadır ki, bəzi küçələrə asfaltı aidiyyəti dövlət qurumları yox, elə həmin küçələrin sakinləri öz pulları hesabına çəkdirirlər.
"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, sübut üçün Bakı şəhərinin qəsəbələrindən yalnız birinə, Binəyə baxmaq kifayətdir. Söhbət Xəzər rayonu, Binə qəsəbəsinin Südçülük massivində yerləşən Elmir Orucov küçəsindən gedir.
Burada sakinlər küçələrin asfaltlanması üçün özləri pul toplayırlar. Adambaşına 300-500 manatdan yığılır. Məbləğ isə asfaltlanacaq küçənin uzunluğuna və görüləcək işin həcminə görə dəyişir.
İşin daha düşündürücü tərəfi isə odur ki, illərdir kanalizasiya sistemi olmayan bu ərazinin məhəllə küçələri asfaltlanır. Halbuki asfalt çəkilməzdən əvvəl kanalizasiya və digər zəruri yeraltı kommunikasiya xətləri, eləcə də yağış sularının axıdılması üçün drenaj sistemi qurulmalı idi.

Şərhlər