Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub.

“AzPolitika” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bir aşırımlı körpü yolun 2.2-ci km-də sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib.

Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.

Bərpa işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.

Qeyd edək ki, bu ilin aprel ayında körpünün bir hissəsi uçmuş, sakinlərin gediş-gəlişi çətinləşmişdi.