Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

"AzPolitika" xəbər verir ki, buna səbəb yeraltı daşıyıcı qaz xətinin kipliyə sınaq edilməsidir.

Görüləcək işlərlə əlaqədar avqustun 28-də saat 10:00-dan etibarən "Biləsuvar QPS"-dən qidalanan Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndləri və rayon mərkəzinin bəzi ərazilərinin (6250 əhali və 130 qeyri-əhali) qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.