Menu

Prezidentdən "Sabah" futbol klubu ilə bağlı Sərəncam - Pul ayrıldı

27.08.2026, 15:39
Prezidentdən  "Sabah" futbol klubu ilə bağlı Sərəncam - Pul ayrıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah" futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, "Sabah" avqustun 25-də UEFA Çempionlar Liqasının pley-offunda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə (1:2, 5:2) əsasən mübarizədən kənarlaşdıraraq turnirin əsas mərhələsinə vəsiqə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol