UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkatma mərasimi Monakoda keçirilir.
Püşkatma nəticəsində Azərbaycan çempionu “Sabah”ın artıq iki rəqibi müəyyənləşib. Tarixində ilk dəfə turnirin əsas mərhələsində iştirak edən Bakı klubu İspaniyanın “Barselona” və İngiltərənin “Arsenal” komandaları ilə qarşılaşacaq.
“Sabah” “Barselona” ilə evdə, “Arsenal”la isə səfərdə oynayacaq.
Sabah”ın doğma meydandakı üçüncü rəqibi “Borussiya” (Dortmund) oldu.
“Sabah”ın səfərdəki dördüncü rəqibi daha bir İngiltərə təmsilçisi “Mançester Yunayted” oldu.
“Sabah”ın səfərdəki beşinci rəqibi “Vilyarreal” oldu.
Sabah”ın doğma meydandakı altıncı rəqibi “Napoli” oldu.
“Sabah”ın doğma meydandakı yeddinci rəqibi “Slavia Praqa” oldu.
“Sabah”ın səfərdəki səkkizinci rəqibi “Vikinq” oldu.
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsində ilk oyunlar sentyabrın 8-10-da keçiriləcək.
Hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.
1-ci səbət
PSJ (Fransa)
“Bavariya” (Almaniya)
“Real” Madrid (İspaniya)
“Liverpul” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Barselona” (İspaniya)
“Atletiko” Madrid (İspaniya)
2-ci səbət
“Borussiya” Dortmund (Almaniya)
“Roma” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Aston Villa” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Brügge” (Belçika)
“Betis” (İspaniya)
PSV (Niderland)
3-cü səbət
“Feyenoord” (Niderland)
“Lill” (Fransa)
“Budyo-Qlimt” (Norveç)
“Napoli” (İtaliya)
“Leyptsiq” (Almaniya)
“Vilyarreal” (İspaniya)
“Fənərbaxça” (Türkiyə)
“Şaxtyor” (Ukrayna)
“Qalatasaray” (Türkiyə)
4-cü səbət
“Slaviya” Praqa (Çexiya)
“Slovan” Bratislava (Slovakiya)
“Ştutqart” (Almaniya)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Komo” (İtaliya)
“Lans” (Fransa)
“Vikinq” (Norveç)
“Sabah” (Azərbaycan)
Qeyd edək ki, liqa mərhələsinin oyunlarına sentyabrın 8-i start veriləcək.
Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.

Şərhlər