Menu

17 milyonluq “Sabah”a qarşı milyardlıq klublar – Rəqiblərin heyət dəyəri məlum oldu

28.08.2026, 10:27
17 milyonluq “Sabah”a qarşı milyardlıq klublar – Rəqiblərin heyət dəyəri məlum oldu

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində qarşılaşacağı rəqiblərin heyətlərinin ümumi bazar dəyəri məlum olub.

"AzPolitika" xəbər verir ki, , UEFA-nın püşkatmasına əsasən “Sabah” liqa mərhələsində “Barselona”, “Borussiya Dortmund”, “Napoli” və “Slaviya Praqa” ilə evdə, “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə isə səfərdə qarşılaşacaq.

"Transfermarkt" portalının məlumatlarına əsasən, Azərbaycan çempionunun rəqibləri arasında heyətinin bazar dəyərinə görə ən bahalı klub İspaniya nəhəngi “Barselona”dır. Kataloniya təmsilçisinin futbolçularının ümumi bazar dəyəri 1 milyard 48 milyon avro təşkil edir.

İkinci pillədə İngiltərə klubu “Arsenal” qərarlaşıb. London təmsilçisinin heyətinin ümumi bazar dəyəri 1 milyard 45 milyon avro qiymətləndirilir.

“Sabah”ın digər rəqibləri arasında İngiltərənin “Mançester Yunayted” klubu 929 milyon avro ilə üçüncü, Almaniyanın “Borussiya Dortmund”u 530 milyon avro ilə dördüncü, İtaliyanın “Napoli”si isə 459 milyon avro ilə beşinci sıradadır.

İspaniyanın “Vilyarreal” klubunun heyəti 332 milyon avro, Çexiyanın “Slaviya Praqa”sının heyəti 114 milyon avro, Norveçin “Vikinq”inin futbolçuları isə 49 milyon avro dəyərindədir.

“Sabah”ın öz heyətinin ümumi bazar dəyəri isə 17 milyon avro qiymətləndirilir. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol