Menu

“Sabah” futbolçuları Çempionlar Liqasına vəsiqəyə görə nə qədər pul alacaqlar?

28.08.2026, 13:08
“Sabah” futbolçuları Çempionlar Liqasına vəsiqəyə görə nə qədər pul alacaqlar?

“Sabah” rəhbərliyinin futbolçulara UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəkləri təqdirdə verəcəyi mükafatın məbləği müəyyənləşib.

"AzPolitika" sport24.az-a istinadən xəbər verir ki, “bayquşlar”ın tarixi uğurunda pay sahibi olan hər bir futbolçuya 60 min manat mükafat verəcəyi bildirilir.

Qarşılaşmada ehtiyatda qalan futbolçular isə əsas məbləğin 50 faizini əldə edəcəklər.

Beləliklə, “Sabah”ın futbolçuları üçün Avropanın ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaqla yanaşı, ciddi maddi motivasiya da mövcuddur.

Şərhlər

Abbasov Mətləb 2026-08-28 15:19:24

Uğurlar arzulayırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol