Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Qarabağ”la Niderlandın “Tvente” komandası arasında keçirilən qarşılaşmanın yekun hesabı açıqlanmadan nəticə paylaşaraq diqqət çəkib.
Belə ki, AFFA matç davam etdiyi vaxt sosial şəbəkə hesabında “Qarabağ”ın “Tvente”yə 1:3 hesabı ilə məğlub olduğunu bildirib. Bununla da qarşılaşmanın artıq başa çatdığı təəssüratı yaranıb.
Maraqlıdır ki, həmin paylaşım yayımlandığı zaman oyun davam edirdi. Bundan bir neçə dəqiqə sonra Niderland təmsilçisi növbəti qolu vuraraq hesabı 1:4 edib.
Bundan sonra AFFA 1:3 hesabının qeyd olunduğu paylaşımı sosial şəbəkə hesabından silib.
"AzPolitika.info"


Şərhlər
AFFA - peşəkarlar məclisidi , bəzi domino ustaları ilk iki daş açılanda kimin əlində nə olduğunu bilirlər. AFFAçılarda bu işin ustasıdırlar, hakimin start fiti çalınanda nəyin necə, nə zaman olacağını ,aynan əjdaha qardaş kimi, özləri bilirlər. Dünyanın 1 nömrəli oyunçusu - Yaşin, qarabala vareee, Pele ,o da pis dögül))))))
Artiq dunyada futbolun senarileri neticeleri qabaqcadan yazilir. Onsuz melum veziyyetdir. Futbol coxdan legv olunub