ABŞ-ın müdafiə naziri Pit Heqset 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırdığı barədə xəbəri təkzib edib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Heqset bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu, yüz faiz yalandır”, – deyə Heqset qeyd edib.

O, NBC News-un anonim mənbələrə istinad etməsini də tənqid edib.

Bundan əvvəl “The Washington Post“ Donald Trampın Respublikaçılar Partiyasının sponsorlarına 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensin qalib gəlməsini istədiyini bildirdiyini yazmışdı.