Volkswagen İdarə Heyəti 2030-cu ilə qədər 50 min iş yerinin ixtisarını və model sayının iki dəfə azaldılmasını nəzərdə tutan genişmiqyaslı xərclərin optimallaşdırılması planını təsdiqləyib.
"AzPolitika" xəbər verir ki, şirkət, həmçinin istehsal olunan modellərin mürəkkəblik dərəcəsini 75% azaltmağı hədəfləyir.
Avtomobil nəhənginin bəyanatında bildirilir ki, Almaniyadakı dörd zavod 2031-2034-cü illər aralığında rəqabətə tab gətirə bilməyəcək. Bu yenidənqurma tədbirləri şirkətin tarixindəki "ən iddialı transformasiya proqramı" olacaq.
CNN verilən qərarın səbəbi kimi Çin istehsalçıları ilə artan rəqabəti və ABŞ-nin tətbiq etdiyi idxal tariflərini göstərir. Təxminən 650 min əməkdaşı olan Volkswagen şirkəti ilin ilk yarısında Çin bazarındakı satışların aşağı düşməsi səbəbindən xalis mənfəətinin 30% azaldığını açıqlayıb.
E. Səlimov
AzPolitika.info


Şərhlər