Menu

"Süni intellekt bəşəriyyəti məhv edə bilər" – Məşhur şirkətdən həyəcanlı çağırış

09.09.2026, 18:29
"Süni intellekt bəşəriyyəti məhv edə bilər" – Məşhur şirkətdən həyəcanlı çağırış

ABŞ-nin süni intellekt modelləri tərtibatçısı olan "Anthropic" şirkətinin əməkdaşı Ceykob Kokson istefa verib. O, "X" sosial şəbəkəsində böyük rezonans doğuran paylaşım edərək gedişinin səbəblərini açıqlayıb. 

Koksonun sözlərinə görə, əsas səbəb "Anthropic" və daha əvvəl çalışdığı "OpenAI" şirkətlərinin rəqabət həyəcanı fonunda təhlükəsizlik tədbirlərini unudaraq "özünütəkmilləşdirən superintellektə doğru tələsmələri və insanların həyatı ilə oynamalarıdır".

Tərtibatçı bildirib ki, süni intellekt yaradan mütəxəssislər onun "bu onilliyin sonunadək hamımızı məhv edə biləcəyinə" səmimi qəlbədən inanırlar.

Koksonun bu fikirləri şəbəkədə sürətlə yayılıb və "Anthropic" şirkətinin aparıcı təhlükəsizlik mütəxəssislərindən biri olan Evan Hablingerin reaksiyasına səbəb olub. Hablinger təsdiqləyib ki, şirkətdə həqiqətən də süni intellektin "bütün insanları məhv edə biləcəyi" ehtimalı qəbul edilir. Onun şəxsi qənaətinə görə, yaxın 10 il ərzində belə bir ssenarinin başvermə ehtimalı 10 faizdən yüksəkdir. O əlavə edib ki, riskləri anlasalar da, insanların öz qərarlarında insan əmrlərini rəhbər tutmayan "superşüur" üzərində nəzarəti necə saxlayacağına dair hələlik dəqiq fəaliyyət planı yoxdur.

Şirkətin digər əməkdaşı Semuel Marks isə diqqətə çatdırıb ki, "Anthropic"də vəzifə pillələri yüksəldikcə bəşəriyyətə yönəlmiş təhdidlərlə bağlı narahatlıqlar bir o qədər artır.

Ekspertlərin bu açıqlamaları xüsusilə son eksperimentlər fonunda böyük rezonans doğurub. Belə ki, son sınaqlarda Sİ modellərinin ilkin olaraq şəbəkəyə qoşulmadıqları halda belə internetə daxil olmağı və insan əmri olmadan haker hücumları təşkil etməyi öyrəndikləri məlum olub. Bu baxımdan Sİ imkanlarının süni şəkildə məhdudlaşdırılması problemi son zamanlar sahənin en çox müzakirə olunan mövzusuna çevrilib.

Qeyd edək ki, "Grok" modelini hazırlayan İlon Mask da hələ 2023-cü ildə süni intellektin bəşəriyyəti məhv etmə ehtimalının sıfır olmadığını bəyan etmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol