Menu

Vaşinqton-Pekin ticarət xəttində yeni mərhələ: Tramp Çin istehsalına yaşıl işıq yandırdı

12.09.2026, 13:35
Vaşinqton-Pekin ticarət xəttində yeni mərhələ: Tramp Çin istehsalına yaşıl işıq yandırdı

ABŞ Prezidenti Donald Tramp Çin şirkətlərinin Birləşmiş Ştatlarda avtomobil zavodları inşa etməsinə qarşı olmadığını bəyan edib.

"AzPolitika" xəbər verir ki, ABŞ lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Çin ölkəmizdə zavod tikərək avtomobil istehsal etmək istəsə, buna etiraz etmərəm. Yaponlar bunu edirlər, amma onlar bizim vətəndaşları işə götürürlər. Əsas məsələ amerikalıların iş yerləri ilə təmin olunmasıdır", - deyə Tramp vurğulayıb.

Bununla yanaşı, Ağ Ev rəhbəri Çin avtomobillərinin Meksikada ucuz xərclə yığılaraq ABŞ bazarına çıxarılmasının əleyhinə olduğunu diqqətə çatdırıb. O, bu cür sxemlərin qarşısının qətiyyətlə alınacağını bildirib.

Vaşinqton və Pekin arasındakı iqtisadi-ticarət əlaqələrinə də toxunan Tramp iki ölkə arasında münasibətlərin hazırda yaxşı məcrada inkişaf etdiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol