Menu

Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü

16.09.2026, 22:32
Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb.

"AzPolitika" "Qafqazinfo"ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb.

Qadın ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar. Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol