Menu

Tramp İranla yeni danışıqlar raundunu anons edib

22.09.2026, 23:41
Tramp İranla yeni danışıqlar raundunu anons edib

ABŞ və İranın dövlət rəsmiləri ən yaxın vaxtda yeni görüş keçirəcəklər.

Bu barədə ABŞ lideri Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, tədbir çərçivəsində Vaşinqton və Tehran üç saat davam edən görüş keçiriblər.

"Deyiləcək heç nə yoxdur. Onların çox yaxşı və məhsuldar görüşü olub və ən yaxın gələcəkdə daha biri planlaşdırılıb", - Tramp bildirib.

Onun sözlərinə görə, danışıqlarda ABŞ tərəfindən xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. /"Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol