Menu

Bu il inə qədər nəqliyyat vasitəsi özəlləşdirilib? - Açıqlandı

23.09.2026, 14:45
Bu il inə qədər nəqliyyat vasitəsi özəlləşdirilib? - Açıqlandı

Bu ilin yanvar-avqust ayları ərzində 695 nəqliyyat vasitəsi özəlləşdirilib.

"AzPolitika" bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, qurum tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152.5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda üç səhmdar cəmiyyətinin səhm paketi, iki kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114.7 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol