Menu

İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident Sərəncam imzaladı + DOSYE (Yenilənib)

24.09.2026, 16:21
İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident Sərəncam imzaladı + DOSYE (Yenilənib)

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, o, müvafiq sərəncamla bu vəzifəyə 2024-cü ilin 29 aprel tarixində təyin edilmişdi.

Ovni Muradov 05 avqust 1983-cü ildə Babək rayon Nehrəm kəndində anadan olub.

2004 - cü ildə Naxçıvan Dövlət Unversitetinin Tarix istiqamətinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb.

2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən 2023-cü il oktyabr aynın 16-nadək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilmişdir.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edililmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol