İranın uranı 60%-ə qədər zənginləşdirməsi yalnız dinc məqsədlər üçün həyata keçirilir və Tehranın nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərinə tam uyğundur.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalının efirində bildirib.
"Biz uranı dinc məqsədlər üçün 60%-ə qədər zənginləşdiririk və bu, nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində öhdəliklərimizə uyğundur. Biz müqaviləni pozmuruq", - o, deyib.


Şərhlər