Avropa ittifaqı Ukrayna, Moldova, Monteneqro və Albaniya üçün təşkilata mərhələli üzvlük planları hazırlayır.
“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, Avropa İttifaqı bu ölkələr üçün mərhələli üzvlük yol xəritələri hazırlamağı nəzərdən keçirir. Planlara ilk dəfə olaraq danışıqların ayrı-ayrı mərhələlərinin başa çatdırılması üçün son tarixlər və üzvlüyə doğru irəliləmək üçün zəruri olan islahatların siyahısı daxil edilə bilər.
Avropa Komissiyası bildirib ki, yeni yol xəritələri "üzvlük danışıqlarının başa çatdırılması üçün yol təmin edəcək və prioritetlərin dəqiq siyahısı: son tarixlər və konkret tapşırıqlar müəyyən edəcək”.
Lakin bu cür planlar hələlik Kosovo, Şimali Makedoniya, Bosniya və Herseqovinaya təklif edilməyib. “Politico”-ya görə, onlar Gürcüstan, Türkiyə və Serbiyaya da təklif olunmayacaq. Çünki onlarla danışıqlar Aİ-nin demokratiya və məhkəmə sisteminin vəziyyəti ilə bağlı narahatlıqları səbəbindən yavaşlayıb: "Genişlənmə geosiyasi vacib olaraq qalır. Lakin, üzvlük vaxt tələb edir".
Genişlənmənin sürətləndirilməsi ilə bağlı son siyasi müzakirənin 15-16 oktyabr tarixlərində Brüsseldə baş tutacaq Aİ liderlərinin sammitində keçirilməsi gözlənilir.
“AzPolitika.info”


Şərhlər