Menu

İran Vaşinqtona şərtlərini çatdırdı - “Tramp hələ də qərar qəbul edə bilmir”

30.09.2026, 14:53
İran Vaşinqtona şərtlərini çatdırdı - “Tramp hələ də qərar qəbul edə bilmir”

Tehran ABŞ-nin təzyiqlərinə qarşı sərt xəttini davam etdirərək sülh və nizamlanma ilə bağlı tələblərini vasitəçilər vasitəsilə Ağ Evə göndərib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bəyan edib ki, Tehran ABŞ-yə qarşıdurmanın nizamlanması ilə bağlı öz şərtlərini tam şəkildə çatdırıb, lakin ABŞ Prezidenti Donald Tramp hələ dəqiq qərar qəbul etməkdə çətinlik çəkir.

M. Rezai qeyd edib ki, İran mövcud gərginliyi aradan qaldırmaq üçün öz tələb və şərtlərini vasitəçilər vasitəsilə Vaşinqtona ötürüb. Lakin Ağ Ev rəhbərliyinin və şəxsən D.Trampın qəti qərara gələ bilməməsi prosesi dalana dirəyib. Tehran rəsmisi vurğulayıb ki, İran istənilən ssenariyə, o cümlədən hərbi qarşıdurmanın davam etməsinə tam hazırdır və öz milli təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atacaq.

Xatırladaq ki, son aylarda regionda baş verən hərbi-siyasi gərginliklər fonunda İran və ABŞ arasında müxtəlif diplomatik kanallar vasitəsilə dolayı təmaslar intensivləşib. Tehran administrasiyası sanksiyaların ləğvi, dondurulmuş aktivlərin sərbəst buraxılması və bölgədəki hərbi təzyiqlərin dayandırılmasını əsas şərt kimi irəli sürür. Vaşinqton isə hələlik bu tələblərə qarşı birmənalı mövqe sərgiləməkdən çəkinir.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol