ABŞ yaxın vaxtlarda İrana zərbələr endirməyi bərpa edib-etməyəcəyinə, yoxsa Tehranla razılaşma əldə edəcəyinə qərar verəcək.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
“Bəlkə də onları bombalayacağıq. Bu qərarı verməliyik. Onları bombalayacağıq yaxud razılaşma əldə edəcəyik. Lakin vaxt azalır. Bu və ya digər şəkildə hər şey çox tezliklə başa çatacaq”, – deyə D. Tramp Vaşinqtonun Tehranla necə danışıqlar aparacağını sualına cavabında bildirib. /Trend


Şərhlər