Menu

Kükü dağına qar yağıb

04.10.2026, 12:11
Kükü dağına qar yağıb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən Kükü dağına qar yağıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, Kükü kəndindən 8 kilometr şimal-qərbdə yerləşən və mütləq hündürlüyü 3120 metr olan Kükü dağının zirvəsi ağ örpəyə bürünüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən oktyabrın 1-dən 5-dək muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qara keçəcəyi ilə bağlı proqnoz verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol