Menu

"ABŞ Trampın dövründə seçim edib" - Dövlət katibi

08.10.2026, 00:14
"ABŞ Trampın dövründə seçim edib" - Dövlət katibi

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin milli gücünü artırmağa, o cümlədən yeni silahların və qabaqcıl texnologiyaların hazırlanmasına xüsusi diqqət ayırır.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada proqram xarakterli çıxışı zamanı bildirib.

“Prezident Trampın dövründə ABŞ seçim edib. Biz milli gücümüzü güzəştsiz şəkildə artırmağı, mühüm təchizat zəncirləri üzərində nəzarəti geri qaytarmağı, iqtisadiyyatımızı yenidən sənayeləşdirməyi, müdafiəmizi bərpa etməyi, gələcəyin texnologiya və sənaye sahələrində üstünlük uğrunda mübarizə aparmağı seçmişik”, – Rubio deyib.

Onun sözlərinə görə, ABŞ qabaqcıl istehsal, superintellekt, pilotsuz sistemlər, silahlar və onların tətbiqi, kompüter çipləri, faydalı qazıntılar və kibertəhlükəsizlik sahələrində yeni imkanlar əldə etməyə çalışır.

Rubio ABŞ-ın astronavtları yenidən Aya göndərmək və kosmosun mənimsənilməsində yeni mərhələyə başlamaq niyyətində olduğunu da bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol