Menu

"Azərbaycanın yaxasından əl çəkin!" - Fərhad Məmmədov

09.10.2026, 10:52
"Azərbaycanın yaxasından əl çəkin!" - Fərhad Məmmədov

 "Azərbaycana Şərq Tərəfdaşlığından çıxmaq sərfəlidir" 

"Azərbaycan Aİ üzvü olmaq istəmir və ola da bilməz. Çünki Avropa İttifaqı da Azərbaycanı heç vaxt qəbul etmək istəmir və etməyəcək. Odur ki, Azərbaycanın yaxasından əl çəkin!"

Tanınmış politoloq Fərhad Məmmədov Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli qətnaməsinə və ikitərəfli münasibətlərin mövcud vəziyyətinə dair sərt şərhlə çıxış edib. 

Avropa Parlamentinin və ya digər Avropa qurumlarının Azərbaycana qarşı təzyiqlərini şərh edən ekspert bildirib ki, Strasburq və Brüsseldəki "şizofreniklərin" qətnamələri hələ çox davam edəcək və bu cür yanaşmaların tezliklə səngiyəcəyini gözləmək sadəlövhlük olar.

Politoloq hesab edir ki, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının təməl məntiqi və mənası artıq tamamilə sıradan çıxıb: "Şərq Tərəfdaşlığı proqramının (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan) əsas ideyası o idi ki, iştirakçı ölkələr avtomatik olaraq Aİ-yə daxil olmaq istəyirlər və buna görə də İttifaqın qayda və standartlarına uyğunlaşmalıdırlar".

Lakin Azərbaycanın reallığının tam başqa olduğunu vurğulayan F.Məmmədov qeyd edib ki, mövcud formatdan imtina etmək ölkəmizin milli maraqlarına daha çox xidmət edər: "Şərq Tərəfdaşlığından çıxmaq Azərbaycanı hər iki tərəf üçün maraqlı olan sahələrdə Aİ-nin fərdi tərəfdaşlına çevirər, münasibətləri asanlaşdırar. Ən əsası isə, bu addım Aİ-nin Azərbaycana qarşı əsassız gözləntilərinin və bu gözləntilərdən irəli gələn tələblərin dərəcəsini aşağı salar".

Şərhin yekununda politoloq rəsmi Bakının Brüssellə münasibətlərdə köhnəlmiş şablonları kənara qoymalı olduğunu vurğulayıb: "Azərbaycan Aİ üçün Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanla bir sırada olmalıdır”.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol