Menu

İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026, 13:33
İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.

"AzPolitika" xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.

Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol