Menu

“Seçki olmayacaq” - Avropa Trampın çağırışına cavab verdi

12.10.2026, 19:21
“Seçki olmayacaq” - Avropa Trampın çağırışına cavab verdi

ABŞ Prezidenti Donald Trampın “Ukraynaya yeni prezident lazımdır” bəyanatına Avropadan cavab gəlib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Birliyinin Ali Nümayəndəsi Kaja Kallas Ukraynada seçkilərin yalnız döyüşlər dayandırıldıqdan sonra mümkün olacağını bəyan edib.

"Seçkilər keçirilə bilməz. Anladığım qədəriylə, Prezident Volodimir Zelenski də yalnız atəşkəs olarsa seçki keçirməyə hazır olduğunu bildirib", - deyə Kallas qeyd edib.

Kallas həmçinin vurğulayıb ki, onun fikrincə, beynəlxalq tərəfdaşlar səylərini münaqişənin sona çatmasına yönəltməlidirlər.

Qeyd edək ki, Trampın məlum çağırışına cavab olaraq Zelenski Rusiyanın 60 günlük atəşkəsə razı olması şərtilə seçki keçirməyə hazır olduqlarını bəyan edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol