Menu

AFFA "Neftçi"ni cərimələdi

13.10.2026, 13:20
AFFA "Neftçi"ni cərimələdi

Misli Premyer Liqasının VII turunun "Neftçi" - "Sabah" oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" komandası 5 000 manat cərimə edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb.

Oktyabrın 9-da keçirilən "Araz-Naxçıvan" - "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" komandası 2 000 manat cərimələnib.

Oktyabrın 11-də gerçəkləşən "İmişli" - "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2 500 manat cərimə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol