Menu

SOCAR Gürcüstandakı benzini 2-ci dəfə ucuzlaşdırdı

10.01.2015, 11:28
SOCAR Gürcüstandakı benzini 2-ci dəfə ucuzlaşdırdı

Vahid Əhmədov: “Azərbaycan “premium” markalı benzini idxal etdiyindən onun qiyməti aşağı salınmalıdır”

ARDNŞ şirkəti Gürcüstanda yanacağın qiymətini yenidən ucuzlaşdırıb. Axar.az xəbər verir ki, ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Georgia” bu ölkədə satılan “Premium” markalı benzinin qiymətini 1,94 lariyə, yəni 80 qəpiyə endirib. “SOCAR Georgia” şirkəti sonuncu dəfə ötən il dekabrın 25-də yanacağın qiymətini 2,01 lariyə qədər ucuzlaşdırmışdı.

Qeyd edək ki, Gürcüstanda satılan “Premium” markalı benzin ölkəmizdə satılan eyni markalı benzindən hazırda 15 qəpik ucuzdur.

Bəs eyni proses Azərbaycanda niyə yaşanmır? Gürcüstanda “Premium” markalı benzinin qiymətini ucuzlaşdıran SOCAR-ın eyni addımı ölkəmizdə də atmasının qarşısını nə alır? Onu da qeyd edək ki “Premium” markalı benzin ölkəmizə xaricdən gətirilir.

Millət vəkili Vahid Əhmədov bildirdi ki, iqtisadiyyatın qanunları tələb edir ki, dünyada neftin qiyməti aşağı düşdüyündən buna müvafiq addımlar atılmalıdır: “Azərbaycan “premium” markalı benzini idxal edir. Ona görə Azərbaycanda da onun qiyməti düşməlidir. Azərbaycanda ən azı həmin marka benzinin qiymətində azalmalar olmalıdır”.

Neftin ucuşlaşmasına rəğmən, benzinin qiymətinin azalmamasının səbəblərinə gəlincı isə V.Əhmədov bildirdi ki, bunu ölkəmizə “premium” markalı benzini gətirən şirkətlərdən soruşmaq lazımdır. “Azərbaycana “premium” markalı benzini iki şirkət gətirir. SOCAR və “Azpetrol”. Qiymətlərin enməməsinin səbəbini bu şirkətlərdən soruşmaq lazımdır”, deyə V.Əhmədov vurğuladı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol