Azərbaycan maliyyə nazirinə yeni müavin təyin olunub.
"AzPolitika" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Yeni maliyyə nazirinin müavini Sadiq Əliyevdir.
Bununla maliyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb.
2006-2019-cu illərdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
8 yanvar 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il tarixinədək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.


Şərhlər