Menu

Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib

31.10.2026, 20:49
Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib

Bəhreyn Krallığının paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə fikir mübadiləsi aparılıb.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi arasında baş tutan görüşdə müzakirə edilib.

"Regional bağlantı, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan "X" hesabında yazıb.

Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol