Menu

Ərdoğan Cənubi Koreyaya gedir - Müxtəlif sənədlər imzalanacaq

01.11.2026, 17:36
Ərdoğan Cənubi Koreyaya gedir - Müxtəlif sənədlər imzalanacaq

Türkiyə ilə Cənubi Koreya arasında ikitərəfli münasibətlərin hüquqi bazasını gücləndirmək üçün müxtəlif sənədlər imzalanacaq.

Nu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasının Prezidenti Li Cemyönün dəvətini qəbul edərək, 1-4 noyabr 2026-cı il tarixlərində Seula səfər edəcək", - o bildirib.

Qeyd olunub ki, 3 noyabr çərşənbə axşamı günü keçiriləcək rəsmi görüşlərdə, iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə müzakirə ediləcək; aktual regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq: "İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını gücləndirəcək müxtəlif sənədlər də imzalanacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol