Menu

Türk lirəsi yenə ucuzlaşdı - Azərbaycan manatı üçün təhlükə varmı?

02.11.2026, 16:54
Türk lirəsi yenə ucuzlaşdı - Azərbaycan manatı üçün təhlükə varmı?

Türkiyə lirəsi ABŞ dolları qarşısında növbəti dəfə kəskin ucuzlaşaraq tarixi minimuma enib. Valyuta bazarında müşahidə olunan dalğalanmalar fonunda 1 dolların məzənnəsi 50 lirəni ötüb. Bu vəziyyət Türkiyə iqtisadiyyatında inflyasiya, idxal xərcləri və əhalinin alıcılıq qabiliyyəti ilə bağlı narahatlıqları artırır. Lirənin dəyər itirməsi regionun digər ölkələrinin, o cümlədən Azərbaycanın valyuta bazarına mümkün təsirlərini də gündəmə gətirir.

Bəs türk lirəsinin ucuzlaşması Türkiyə iqtisadiyyatına necə təsir edəcək? Bu proses Azərbaycan manatının məzənnəsi üçün hər hansısa risk yaradırmı? Manatın gələcək məzənnəsi ilə bağlı hansı proqnozlar verilir?

Mövzunu "Azpolitika"ya şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Türk lirəsinin düşməsi Azərbaycan manatına elə də ciddi təsir etmir: "Əksinə, bizim bazarda Türkiyə malları ucuzlaşır. Yəni lirənin düşməsinin təsiri bizim üçün ancaq müsbət ola bilər. Çünki Azərbaycan valyutası dollara bağlıdır. Doğrudur, lirənin ucuzlaşması bütövlükdə Türkiyə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Amma nəzərə alaq ki, Türkiyə bir çox mal və məhsulları özü istehsal edir. Bizim kimi idxaldan asılı deyil. Ona görə də, valyutasının düşməsi onun iqtisadiyyatı üçün böyük təhlükə yaratmır. Amma ümumilikdə lirənin dəyər itirməsi pis haldır. Bu, onu göstərir ki, Türkiyə iqtisadiyyatı heç də yaxşı dövrünü yaşamır".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol