Menu

Belçika Baş naziri istefa verdi - Kral Filippe qərarı cümə gününə saxladı

02.11.2026, 18:06
Belçika Baş naziri istefa verdi - Kral Filippe qərarı cümə gününə saxladı

Belçika Baş naziri Bart De Vever büdcə müzakirələrində yaranan çıxmaz səbəbindən bazar ertəsi günü Kral Filipə istefasını təqdim edib. Lakin monarx istefanı hələlik qəbul etməmək qərarına gəlib və məsələ ilə bağlı yekun qərarı cümə günü keçiriləcək yeni görüşə qədər təxirə salıb.

Kral sarayından verilən rəsmi açıqlamada qeyd olunub: "Kral qərarını təxirə saldı və sabah iqtidar koalisiyasındakı müxtəlif partiyaların liderləri ilə məsləhətləşmələrə başlayacaq. Kral, ölkənin qarşılaşdığı çətinliklərə uyğun gələn büdcə məsələsində razılığa gəlinməməsindən təəssüf duyur".

Belçikada büdcə ilə bağlı fikir ayrılıqları aylardır davam edir. Baş nazirin rəhbərlik etdiyi beş partiyalı koalisiya hökuməti 2029-cu ilə qədər təxminən 10 milyard avroluq maliyyə tənzimləməsini həyata keçirmək məqsədilə dövlət xərclərinin hansı yolla azaldılacağı və gəlirlərin necə artırılacağı barədə ortaq məxrəcə gələ bilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol