Menu

Xamenei ABŞ ilə dialoq istəyir - Hökumətə səlahiyyətlər verdi

02.11.2026, 18:57
Xamenei ABŞ ilə dialoq istəyir - Hökumətə səlahiyyətlər verdi

İranın ali rəhbəri Müctəba Xamenei hökumətə İran-ABŞ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün ABŞ ilə danışıqlar aparmaq səlahiyyətləri verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə İran Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident Məsud Pezeşkian noyabrın 2-də əyalətlərin qubernatorları və böyük şəhərlərin merləri ilə görüşdə deyib:

"Biz problemi dialoq yolu ilə həll etmək üçün səy göstəririk. Bu məsələdə ali rəhbər də hökumətə müəyyən səlahiyyətlər verib".

O, ABŞ və İsrailin İslam Respublikasına qarşı müharibəsinin səbəb olduğu problem və çağırışların aradan qaldırılması proseslərində ölkə əhalisinin iştirakının vacibliyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol