Menu

Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb

04.11.2026, 11:20
Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb

Gələn il Azərbaycanda Dövlət İnvestisiya Proqramı üzrə xərclərin 5,3 milyard manat olması nəzərdə tutulur ki, bunun 1,9 milyard manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 3,4 milyard manatını isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərparı ilə bağlı xərclər təşkil edəcək.

"AzPolitika" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Büdcə zərfinə əsasən, investisiya xərclərinin 1 milyard 563,7 milyon manatı infrastruktur layihələrinə, 154,3 milyon manatı sosial yönümlü layihələrə, 99,7 milyon manatı müdafiə və hüquq-mühafizə orqanlarına, 82,3 milyon manatı isə digər layihələrə yönəldiləcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına xərcləmələrin isə 1 milyard 633,1 milyon manatı infrastruktur layihələrinə, 1 milyard 571,1 milyon manatı sosial yönümlü layihələrə, 181,7 milyon manatı müdafiə və hüquq-mühafizə orqanlarına, 14,1 milyon manatı isə digər layihələrə yönələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol