Seneqal sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ən azı 21 nəfər həlak olub.
"Euronews"a xəbər verir ki, bu barədə Seneqalın Daxili İşlər Nazirliyi (DİN) bildirib.
Axtarış-xilasetmə əməliyyatı davam edir, hələlik sağ qalan yalnız bir nəfər tapılıb.
Qurumun məlumatına görə, qayıq ölkənin şimal-qərbindəki Kebemer sahillərində qəzaya uğrayıb.
Seneqal hökuməti insanların qanunsuz daşınması ilə məşğul olan şəbəkələrlə mübarizəni davam etdirmək əzmində olduğunu da təsdiqləyib. Hakimiyyət bu problemin həlli üçün qonşu ölkələrlə əməkdaşlıq etmək niyyətindədir.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, təhlükəli Atlantik marşrutu Qərbi Afrikadan olan miqrantların Avropaya çatmaq üçün istifadə etdiyi əsas yollardan biri olaraq qalır.


Şərhlər