Menu

Tramp ABŞ-nin İrana hücumlarını yenidən başlamasını az ehtimal edir

08.11.2026, 23:30
Tramp ABŞ-nin İrana hücumlarını yenidən başlamasını az ehtimal edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın İrana hücumlarını yenidən başlaması ehtimal azdır, xüsusən nüvə sazişi istiqamətində irəliləyiş əldə olunsa və Hormuz boğazı açılsa.

"Report" xəbər verir ki, o, bu barədə "CNN News"a müsahibəsində bildirib.

"Bu, onların çox sərt bir razılaşma bağlayıb-bağlamamasından asılıdır. Əgər lazım gəlsəydi, zərbə endirərdim, amma biz onsuz da onlara çox güclü zərbə vurmuşuq", - ABŞ lideri qeyd edib.

O, ABŞ Silahlı Qüvvələrinin tam hazır vəziyyətdə olması barədə xəbərdarlıq edib: "Mənim burada üç təyyarədaşıyan gəmim var. Onlar tam təhciz olunub və döyüşə hazırdır".

Tramp həmçinin iddia edib ki, ABŞ bir saat ərzində İranın 38 körpüsünü məhv etmək iqtidarındadır. İranda yalnız raket potensialının 10 %-i və pilotsuz uçuş aparatları potensialının 15 %-i qalıb.

"Yəqin ki, buna ehtiyac olmayacaq. Onlar saziş bağlamaq istəyirlər", - Tramp fikirlərini yekunlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol