Yaponiyada mövsümün ilk quş qripi hadisəsi Kioto prefekturasının Kameoka şəhərində yerləşən, 200 min toyuğun saxlanıldığı fermada qeydə alınıb.
Bu barədə ölkənin Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar hakimiyyət orqanları infeksiyanın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsinə, o cümlədən yoluxmuş quşların seçilərək məhv edilməsinə və kütləvi şəkildə kəsilməsinə başlayacaq.
Görülən tədbirlərə baxmayaraq, Yaponiyada quş qripi epidemiyaları hər il payız və qış aylarında mütəmadi olaraq baş verir. 2025-ci ildə ölkədə xəstəliyin yayılmasının 20-dən çox ocağı qeydə alınıb. Bu cür hallar ciddi iqtisadi nəticələrə səbəb ola bilər. Belə ki, 2023-cü ildə toyuq yumurtasının qiyməti 76 faiz artmış, hətta Tokionun bəzi mağazalarında yumurta satışına məhdudiyyətlər tətbiq edilmişdi. /Trend


Şərhlər