Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin ilə Donald Trampın görüşü noyabrın 19-da Şençjendə keçiriləcək.
"AzPolitika" "Report"a istinadla Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu barədə razılığın əldə olunduğunu şənbə günü jurnalistlərə açıqlayıb.
"Bu görüş Şençjendə APEC sammiti çərçivəsində keçiriləcək", - Peskov dəqiqləşdirib.
Qeyd edək ki, noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti keçiriləcək.


Şərhlər