Menu

"Biz tam qələbə əldə etməliyik" - Tramp

14.11.2026, 18:19
"Biz tam qələbə əldə etməliyik" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib.

Tramp buna baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını və bunun ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini deyib.

Tramp bildirib ki, ABŞ tam qələbə əldə etməlidir: “Biz qalib gəldik. İndi məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizlik deyil, tam qələbə”.

Tramp həmçinin ABŞ-ın Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-a geri ödəyəcəyini deyib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol