Menu

Sumqayıtda beş avtomobil toqquşub - Xəsarət alanlar var (FOTOLAR)

14.11.2026, 15:06
Sumqayıtda beş avtomobil toqquşub - Xəsarət alanlar var (FOTOLAR)

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" idarəetmədən çıxaraq yolun kənarında park edilmiş "BMW", "Audi" və "Volkswagen" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol