Menu

Əfqanıstanda uçqun olub - Ölənlər və yaralananlar var

15.11.2026, 10:56
Əfqanıstanda uçqun olub - Ölənlər və yaralananlar var

Əfqanıstanın şimalındakı Bədəxşan əyalətində şaxtanın uçması nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə "Sinxua" agentliyinə regional polis nümayəndəsi Ehsanulla Kamqar məlumat verib.

Bildirilib ki, hadisə Arqancxva rayonunda bir qrup qızıl hasilatçısının mədəndə işlədiyi zaman baş verib.

Kamqarın sözlərinə görə, əyalət hakimiyyəti yaralıları helikopterlə əyalətin paytaxtı Feyzabad şəhərindəki xəstəxanaya çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol