Menu

ABŞ ilk dəfə modernləşdirilmiş F-15EX qırıcılarını xaricdə yerləşdirib

15.11.2026, 16:45
ABŞ ilk dəfə modernləşdirilmiş F-15EX qırıcılarını xaricdə yerləşdirib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15EX qırıcıları Yaponiyanın Okinava adasındakı Kadena aviabazasına gətirilib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

Bu, F-15EX tipli təyyarələrin ABŞ-dan kənarda yerləşən hərbi bazaya ilk dəfə dislokasiyasıdır. Vaşinqton yaxın bir neçə ildə Okinavaya ümumilikdə 36 belə qırıcı göndərməyi planlaşdırır.

Dördüncü nəsil qırıcılar 13,3 tonadək döyüş yükü daşıya bilir. Bu göstərici hazırda Yaponiyada yerləşən köhnə F-15 təyyarələrinin imkanlarından təxminən iki dəfə çoxdur və bəzi bombardmançıların daşıma qabiliyyəti ilə müqayisə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol