Menu

Məktəblərdə payız tətili başlayıb

16.11.2026, 08:45
Məktəblərdə payız tətili başlayıb

Bu gündən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayıb.

Payız tətili noyabrın 20-ə qədər davam edəcək.

Şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ilk dərs günü altı günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 21-i, beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə noyabrın 23-də olacaq.

Bununla yanaşı tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol