Menu

İctimai birlik və fond yalnız bir növdə yaradıla biləcək

16.11.2026, 12:46
İctimai birlik və fond yalnız bir növdə yaradıla biləcək

"Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti onların dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa edilə bilər".

"AzPolitika" xəbər verir ki, sözügedən məsələ "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair bir sıra məsələlərin tənzimlənməsi, o cümlədən ictimai birliklərin və fondların növlərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə hazırlanıb.

Layihədə ictimai birliklər və fondların hansı növlər üzrə yaradılması əks olunur. Layihəyə görə ictimai birlik və fond yalnız bir növdə yaradıla bilər.

Bundan başqa, layihədə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq təsbiti təklif olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol