Menu

Ukrayna Krım körpüsünü vurdu - Hərəkət dayandı

16.11.2026, 12:23
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət dayandı

Ukrayna bu gün çoxdandır hücum etmədiyi Krım körpüsünü vurub. 

“AzPolitika” xəbər verir ki, bu barədə Krımın Rusiya tərəfindən təyin olunan rəhbəri Sergey Aksyonovun açıqlaması yayımlanıb.

Məlumatda deyilir ki, hücum səbəbindən körpüdə nəqliyyatın hərəkəti təxminən günorta saatlarına qədər məhdudlaşdırılacaq.

Aksyonov əhaliyə Krımla “Kavkaz” limanı arasında bərə xidmətindən istifadə edilməsini məsləhət görüb.

Rusiya “Telegram” kanallarına görə, körpü ötən gecə boyu davam edən kütləvi hava hücumu səbəbindən bağlanıb. Həmçinin bildirilir ki, Krım körpüsündə nəqliyyatın məhdudlaşdırılması səbəbindən Krıma gedən və Krımdan gələn qatarların hərəkəti gecikir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə qüvvələri ilhaq olunmuş Krım və Qara dəniz də daxil olmaqla müxtəlif bölgələr üzərində gecə ərzində 1336 Ukrayna pilotsuz təyyarəsini vurub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol