Menu

Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var

18.11.2026, 13:57
Dövlət xidmətinin rayon şöbəsində insident - Həbs olunan var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.

"AzPolitika" Xitab24.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir - red.) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanı çağırış vərəqəsini cıran şəxs polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmayıb.

Hadisə ilə bağlı S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol