Menu

Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

18.11.2026, 14:01
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.

"AzPolitika" Nocomment.az-a istinadən xəbər verir ki, mövcud imtahan proqramında yer alan İnformatika və Azərbaycan dili fənləri ləğv olunur. Onların əvəzinə imtahan siyahısına Emosional intellekt fənni əlavə ediləcək.

Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

Qanunvericilik: 50 sual

Məntiq: 30 sual

Emosional intellekt: 20 sual

Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər Qanunvericilik (40), Məntiq (30), İnformatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol